Azərbaycanın qətnaməsi UNESCO tarixində ilk oldu
12 Dekabr 2023 13:03 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Minaların mədəni irsə təsiri mövzusu UNESCO tarixində müzakirəyə çıxarılan və yekdilliklə qəbul edilən ilk qətnamədir.
Bu barədə Olaylar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
"Bununla yanaşı, eyni məzmunlu bənd sözügedən konvensiyanın tarixində ilk dəfə olaraq Azərbaycan tərəfindən gündəliyə daxil edilib", - deyə əlavə edilib.
Qeyd edək ki, cari ilin 11 dekabr tarixində UNESCO mənzil qərargahında Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyasına Tərəf Ölkələrin 15-ci görüşü keçirilib.
Görüşün gündəliyinə Azərbaycan tərəfindən daxil edilmiş "Minaların mədəni irsə təsiri" mövzusunda qətnamə layihəsi Konvensiyaya 135 Tərəf Ölkənin yekdil qərarı ilə qəbul edilib.