Qarabağda saxlanılan separatçılarla bağlı vahid istintaq qrupu yaradılıb - Baş prokuror
12 Dekabr 2023 12:19 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Azərbaycanın Qarabağ bölgəsində saxlanılan separatçılarla bağlı Baş Prokurorluqda vahid istintaq qrupu yaradılıb.
Olaylar.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bütün istintaq hərəkətləri həyata keçirilir.
"Azərbaycan xalqı bu istintaqın gedişatı ilə bağlı tam məlumatlı olacaq. Biz bunu təmin edəcəyik. Beynəlxalq konvensiyalara və Azərbaycan milli qanunvericiliyinə uyğun olaraq istintaq aparılır. İşin istintaqı başa çatandan sonra iş məhkəməyə göndəriləcək", - deyə o əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31