Azərbaycanın əldə etdiyi uğruların bünövrəsində Ulu öndərin inkişaf strategiyası dayanır- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı üçün misilsiz xidməti xalqımızın qəlbində öz əbədi abidəsini ucaldaraq daimi ehtiramla yad edilməkdədir. Məhz bu səbəbdən də  Azərbaycan xalqı hər zaman olduğu kimi, dekabrın 12-də o böyük liderin  anım gününü böyük ehtiramla yad edirlər". "Olaylar" xəbər verir ki, bunu açıqlamasında deputat Rauf Əliyev deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanın əldə etdiyi uğruların bünövrəsində Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu  uğurlu daxili və xarici siyasətlə bağlı inkişaf strategiyası dayanır: "Ən əsası isə Ulu öndərin  Azərbaycanın inkişaf strategiyasını həyata keçirən və onun siyasi irsini uğurla  davam etdirmək, dövlətin qarşısında duran bütün hədəfləri həyata keçirməyə qadir  layiqli davamçısı cənab Prezident İlham Əliyevi öz varisi elan etməsidir. Müdrik, dahi dövlət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayıb və onu dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirib. Ulu öndərin beynəlxalq vəziyyəti düzgün təhlil edərək, mürəkkəb qlobal və regional vəziyyətin mövcudluğu, ölkə daxilində destruktiv qüvvələrin fəallaşdığı bir şəraitdə əsaslandırılmış xarici siyasət kursu müəyyənləşdirdi. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycanda siyasi sabitlik bərpa olundu və dinamik inkişaf mərhələsinə qədəm qoydu".
Deputat əlavə edib ki, bu gün Ulu öndərin Azərbaycanın qısa zamanda əldə etdiyi  uğurlara imza atması  onun xilaskarlıq missiyası nəticəsində mümkün olub və Azərbaycanın müstəqilliyi əbədi, dönməz xarakter alıb: "Məhz bu baxımdan da biz  Ulu öndəri müasir Azərbaycan dövlətçiliyinin memarı adalandırırıq və bunda da yanılmır. Əgər Ulu öndər zamanıda hakimiyyətə gəlməsəydi bəlkə bu gün dünyanın siaysi xəritəsində Azərbaycan adlı ölkəni ya görməyəckdik, yaxud da hansısa bir ölkənin zəif vassalı kimi kiçik bir coğrafiyada yaşamış olacaqdıq".
Deputat əlavə edib ki, Ulu öndərin Azərbaycan dövlətçiliiynə ən böyük mirası və xidməti isə öz layiqli irsinin davamçısı olan İlham Əliyevi varis təyin etməsi oldu: "Cənab Prezident İlham Əliyev Ulu öndərin Azərbaycanın inkişaf strategiyası və qarşısında duran hədəfləri qısa zaman ərzində layiqincə həyata keçirdi. Cənab İlham Əliyevin  liderliiy altında Azərbaycan  tarixə qızıl hərflərlə yazılacaq  qəhrəmanlıqlar dastanına imza atıb ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Azərbaycan sıçrayışlı inkişaf yolu keçərək dünyanın ən nüfuzlu ölkələrindən birinə çevrildi. Məhz onun yürütdüyü siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə ciddi aktor kimi qəbul edilməkdədir. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı inamla yeni-yeni zəfərlərə doğru  aparır. Biz Ulu öndərin layiqli davamçısı cənab Prezidentin liderliyi altında inkişaf edib yeni-yeni zəfərlərə imza atacağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31