Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Dekabrın 12-də müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı ziyarət edib.

Müdafiə Nazirliyindən Olaylar.az-a bildirilib ki, Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyularaq xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31