Yeni çağırışlara vaxtında cavab vermək üçün bu seçki çox əhəmiyyətlidir- ÖZƏL

"Azərbaycanda 2024-cü il fevralın 7-nə nəzərdə tutulmuş  Prezident seçkiləri respublikamız və xalqımız üçün analoqsuz siyasi hadisə kimi tarixə düşəcək". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, ərazi bütövlüyü və suverenliyini tam bərpa ediləndən sonra  Azərbaycanda ilk dəfə olaraq bütün ərazimizdə insanlar sandıq başına toplanacaq, seçki məntəqələrinin əhatəsi  bütün ərazimizə yayılacaq: "Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində həm regionda, həm də ölkəmizdə yeni reallıqların yarandığına heç kim etiraz edə bilməz. Bu reallığın yaradıcısının həm də Azərbaycan olması çox qürurvericidir. Bizim fəal iştirakımızla yaranan bu  reallıqlar eyni zamanda bizə yeni siyasi hədəflər müəyyənləşdirmək üçün fürsətlər verdi, qarşımıza vəzifələr qoydu. Bu vəzifələrin yerinə yetirilməsi, yeni çağırışlara vaxtında cavab vermək üçün bu seçki bizim üçün çox əhəmiyyətlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31