“Cənab Prezidentimiz İlham Əliyevə minnətdarıq”-Deputat- ÖZƏL

"Bütün diqqətin işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsinə yönəldiyi bir vaxtda cənab Prezidentimiz ölkəmizin digər rayonlarında, o cümlədən Yardımlı rayonunda yol infrastrukturunun yenidən qurulmasına xüsusi qayğı göstərir. Dövlət başçısının sərəncamı Yardımlı rayon sakinlərinin ürəyindəndir. Allah Sizi daim uca etsin, cənab Prezident!" "Olaylar" xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı öz sosial səhifəsində paylaşıb. 
Qeyd edək ki, Prezdent İlham Əliyev  "Yardımlı rayonunun Masallı‒Yardımlı (44 km) ‒Sırıq‒Əfçədulan‒Horavar‒Əngövül‒Zəngələ‒Vərov‒Keçələkəran avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən beş min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Masallı‒Yardımlı (44 km)‒Sırıq‒Əfçədulan‒Horavar‒Əngövül‒Zəngələ‒Vərov‒Keçələkəran avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,7 milyon (bir milyon yeddi yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31