Prezident seçkiləri bəzi işləri vaxtından əvvəl həll etmək məqsədi daşıyır - Elmir Səftərov - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Qlobal güclərin regionumuzla, ölkəmizlə bağlı ehtimal olunan davranışları, geosiyasi reallıqda cərəyan edən proseslər Azərbaycanı yeni çağırışlarla qarşı-qarşıya qoyur."

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov bildirib:

"200 illik erməni layihəsini məhv edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev müasir dövrün ən uzaqgörən liderlərindən biridir. Dövlətimizin başçısı mövcud və gələcək siyasi reallıqları nəzərə alaraq ölkədə növbədənkənar prezident seçkiləri elan etdi.

Diqqət etsək görərik ki, 2024-cü ildə Azərbaycandan əlavə, ABŞ-da, Rusiyada, Gürcüstanda, Finlandiyada və başqa ölkələrdə də prezident və parlament seçkiləri keçiriləcək. Bu da o anlama gəlir ki, gələn il siyasi fəallıq baxımından çox məhsuldar olacaq və müstəqil siyasət yürüdə bilməyən dövlətlər üçün çətin keçəcək.

Siyasi qərarları ikinci və üçüncü dövlətlərin diqtəsi ilə verən Ermənistan Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsi üçün sanki zəmin hazırlayır. Bir-birinə əks qütbdə dayanan ABŞ və Rusiyanın Ermənistan uğrunda mübarizəsi 2024-cü ildə daha da kəskinləşəcək. Bu baxımdan da rəsmi İrəvanın "himayədar" dəyişməsi prosesi ağrılı keçə bilər. Ermənistanın bu davranışı regionu da öz mənfi çağırışları ilə üz-üzə qoyur. Yəni, əgər Ermənistan geopolitik qərarında qəti olarsa, qarşıdakı illərdə regionda çətin və qarışıq proseslər gözlənilir. Bütün bunlar üçün həm iqtisadi, həm siyasi, həm də hərbi qüdrətimizi daha da artırmalıyıq ki, mənfi çağırışlara hazır olaq. Ona görə də növbədənkənar prezident seçkiləri siyasi proseslərin çoxluğunu azaltmaq, bəzi işləri vaxtından əvvəl həll etmək məqsədi də daşıyır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31