Əsas hədəf Ermənistan-Azərbaycan arasında sazişdir-Fikrət Sadıqov- ÖZƏL

"Görünən odur ki, Ermənistan tərəfindən, hər halda Baş nazirin dilindən pozitiv ritorika səslənir."

Bu fikirləri politoloq Fikrət Sadıqov Olaylar.az-a açıqlamasında bildirib:

"Artıq qarşılıqlı şəkildə müsbət addımlar da atılır. Həbsdə olan hərbçilərin qaytarılması baş verdi, Ermənistan iqlimlə bağlı beynəlxalq təşkilatda öz namizədliyini Azərbaycanın xeyrinə geri çağırdı. Bu müsbət addımlardır, amma bunun arxasınca sonradan müəyyən konkret praktiki addımlar lazımdır. Çünki əsas hədəf  Azərbaycan-Ermənistan arasında sazişdir. Mən düşünürəm ki, bu sazişin imzalanmasında əgər Ermənistan ermənilərin Qarabağa qayıtmasıyla və s. bağlı əlavə əngəllər törətməsə əlbəttə yaxın gələcəkdə belə bir müqavilənin bağlanması heç də istisna deyil. "

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31