Azərbaycana təzyiq etməkdən çəkinmirlər- Zaur Məmmədov - ÖZƏL
11 Dekabr 2023 15:55 Siyasət"Bəzi ölkələr var ki, onların geosiyasi maraqları Azərbaycanın geosiyasi maraqları ilə üst-üstə düşmür və bəzi ölkələr var ki, onlar bölgəni tamamilə fərqli formatda, formada görmək istəyirlər." Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zaur Məmmədov bildirib. O, bu ölkələrdən birinin Fransa olduğunu vurğulayıb : "Son 30 ildə Fransanın siyasi hakimiyyətlərinin Azərbaycan və Ermənistan arasındakı məsələlərə dair yanaşmasında hər zaman daha çox digər Qərb ölkələrinin qərəzini görürük. Bu qərəz hətta o yerə gəlib çatırdı ki, açıq şəkildə onlar Azərbaycan hakimiyyətinə təzyiq etməkdən çəkinmirdilər. Bu 30 illik təzyiqin nəticəsi heç bir bəhrəsini vermədi, ona görə ki, Parisin bölgədə real olaraq öz resurs bazası yoxdur. Fransa bölgədəki siyasi-iqtisadi, hərbi çəkisi olmaya-olmaya bu addımları ilə əslində özünün imicinə çox böyük xələl gətirdi. Çünki, xarici siyasətdə hər hansı bir addım atərkən, resursun nədən ibarət olduğunu, sənin təzyiq mexanizmlərinin və təsir riçartlarının nədən ibarət olduğunu düşünmək lazımdır. Fransa qismində isə biz Cənubi Qafqazda onun çox az bir təsirə malik olduğunu deyə bilərik. Bəli, Fransa BMT-nin təhlükəsizlik şurasının üzvüdür, Fransa Avropa İttifaqının aparıcı 2 dövlətindən biridir. Cənubi Qafqazdakı təsir imkamları baxımından bu azdır və kifayət deyil. Qeyd etmək lazımdır ki, Zəngəzur uğrunda mübahisə gedir. Bəzi dairələr məhz Fransa vasitəsiylə Zəngəzuru əllərində saxlamaq və Ermənistanda müəyyən geosiyasi hədəflərini həyata keçirmək istəyirlər."