Azərbaycan COP29-a ev sahibliyi edəcək - ÖZƏL
11 Dekabr 2023 15:09 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Azərbaycanla Ermənistan arasında aparılan birbaşa danışıqlar ilk müsbət nəticələrini verir." Bu sözləri Olaylar.az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu vurğulayıb: "Vasitəçi dövlətlərə ehtiyac yoxdur, çünki onların özəl maraqları olur və bu maraqlar bəzən başqaları ilə də kəsişir. Ən optimal yol iki tərəf arasında birbaşa danışıqlardır və nəticəsi də var. Əsirlər dəyişdirilir, qarşılıqlı addımlar atılır. Bunun nəticəsidir ki, iqlim dəyişikliyi ilə bağlı böyük bir beynəlxalq tədbir məhz Azərbaycanda keçiriləcək. Bu tədbirin keçirilməsi Azərbaycanın dünyada və bölgədəki mövqelərini daha da gücləndirəcək. Bəzi mərkəzlər bizə təzyiq etməyə çalışırlar. Güya, biz Qarabağda "etnik təmizləmə" həyata keçirtmişik. Biz bu təzyiqlərə qarşı da mübarizə aparmalıyıq. Bu cür beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinin Azərbaycana olan müxtəlif təzyiqlərin neytrallaşdırılmasında da bizə faydası olacaq."