Növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübədir- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

 "AntiAzərbaycan dairələrinin, radikal müxalifətin, eləcə də "beşinci kolon"un iddialarına baxmayaraq, növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübədir və bu cür seçkilərdə seçicilər siyasi iradələrini sadəcə vaxtından əvvəl ifadə edirlər". "Olaylar" xəbər verir ki, bunu deyən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyovun sözlərinə görə, qanunvericilik kontekstində də baxdıqda növbədənkənar Prezident seçkilərini fərqli edən faktor yoxdur: "Seçki Məcəlləsi bütün namizədlərə bərabər hüquq tanıyır, hər birinə seçkiqabağı fəaliyyət və təşviqat aparılması üçün bərabər şərait təmin edir. Xüsusilə də, dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara seçkilərdə iştirak etmək üçün bütün imkanlar mövcuddur. Məhz ədalətli rəqabət mühitinin təmin edilməsi şəraitində növbədənkənar Prezident seçkiləri potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün özlərini təsdiq üçün universal fürsətdir. Ona görə də, bəlli qrupların və siyasi dairələrin əsassız narazılıqları onların yalnız qərəzli mövqeyi və məhdud potensialının təcəssümü kimi başa düşülməlidir. Əks təqdirdə özünə və elektoratına güvənən siyasi partiyalar bu seçkiləri qaçılmaz fürsət kimi dəyərləndirməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31