Heydər Əliyev irsi bizim milli sərvətimizdir- ÖZƏL
11 Dekabr 2023 12:06 Siyasət"Ümumilli lider Heydər Əliyev Azərbaycanın inkişaf yolunu, xarici siyasətini, ordu quruculuğu strategiyasını müəyyən etdi". "Olaylar" xəbər verir ki, bunu deyən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov qeyd edib ki, Ulu Öndərin ən böyük xidmətlərindən biri isə əsasını qoyduğu müstəqil Azərbaycanın uğurlu inkişafının davamlılığını təmin etmək, gələcək siyasi varisini hazırlamaq idi: "Məhz Heydər Əliyevin siyasi varisi, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olundu, Azərbaycan bütövləşdi. Bütün bunlardan çıxarmalı olduğumuz nəticə odur ki, Azərbaycanın rifahı həmişə Heydər Əliyev irsi ilə bağlı olub. Bu irs bizim milli sərvətimizdir, gücümüzdür. Məhz bu irslə, Azərbaycanın müstəqilliyinin və rifahının qarantı İlham Əliyevlə Zəfər seçkisindən sonra da əmin addımlarla həmişə irəliləyəcəyik".