Vardan Oskanyan bir-birini əvəz edən gülünc açıqlamalar verir - Qərbi Azərbaycan İcması
11 Dekabr 2023 12:00 SiyasətErmənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bir-birini əvəz edən gülünc açıqlamalar verir.
Olaylar.az-ın məlumatına görə, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.
"Daşnak və irqçi düşüncəli V.Oskanyan reallıqlardan tamamilə uzaq düşüb və özünün uydurduğu paralel dünyada gün keçirməklə məşğuldur.
Belə qeyri-ciddi adamın uzun müddət xarici işlər naziri olması Ermənistanın nə üçün uğursuz dövlət olmasını çox yaxşı izah edir.
V.Oskanyan da ATƏT-in sabiq Minsk Qrupu, Tomas de Vaal kimi artıq keçmişdir", - bəyanatda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31