Ceyhun Məmmədov Moskvaya səfər edəcək
11 Dekabr 2023 11:11 SiyasətMilli Məclisin deputatı Ceyhun Məmmədov dekabrın 12-də Rusiya Federasiyasının Moskva şəhərinə səfər edəcək. Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, səfərdə məqsəd "Mənəvi və hüquqi dəyərlərin qorunmasında, sülh və təhlükəsizliyin möhkəmləndirilməsində dini liderlərin rolu" mövzusunda XIX Beynəlxalq Müsəlman Forumunda iştirak etməkdir.
Səfər dekabrın 14-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31