Deputatlarımız Rusiyaya səfər edəcəklər
11 Dekabr 2023 10:42 SiyasətMilli Məclisin deputatları - Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev və Nizami Səfərov "MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların və blokların rolu" mövzusunda keçiriləcək IV beynəlxalq konfransda iştirak etmək üçün dekabrın 11-də Rusiya Federasiyasının Moskva şəhərinə səfər edəcəklər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, Konfrans çərçivəsində müxtəlif mövzularda məruzələrin dinlənilməsi və Rusiya Dövlət Dumasında təmsil olunan fraksiyaların nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Səfər dekabrın 15-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31