Azərbaycanın qan yaddaşına həkk olunan Zəfər paradı- ÖZƏL

"2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradı önəmli tarixi hadisə olaraq şanlı Qələbənin rəmzi kimi Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunub". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Kamaləddin Qafarov deyib: "Zəfər paradı torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan qanlı döyüşlərdən qalib çıxmış, düşmənin belini "Dəmir yumruq"la qırmış əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Zəfər paradında 3000 nəfərlik şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmi və katerlərlə yanaşı, Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, düşməndən qənimət götürdüyü hərbi texnikalar da nümayiş olundu. Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilərək bütün dünyaya nümayiş etdirildi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31