Gürcüstan Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
10 Dekabr 2023 19:35 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili dekabrın 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Olaylar.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli və digər rəsmi şəxslər qarşılayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31