Məhərrəm Əliyev vəzifəsindən azad olundu

Prezident İlham Əliyev M.A.Əliyevin Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Olaylar.az xəbər verir ki, sərəncama əsasən, Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə, Məhərrəm Əliyev həqiqi hərbi xidmətdən istefaya buraxılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31