Milli Məclisin deputatları Türkiyədə səfərdə olacaqlar - FOTO

Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, qrupun üzvləri Məlahət İbrahimqızı, Fəzail Ağamalı, Əziz Ələkbərov, Nizami Cəfərov, Naqif Həmzəyev, Cavanşir Feyziyev, Anar İsgəndərov və deputat  Ramin Məmmədov dekabrın 11-də Türkiyənin Ankara şəhərinə səfər edəcəklər.

Olaylar xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Şamil Ayrımın dəvəti əsasında baş tutacaq səfər çərçivəsində deputatlar  öz həmkarları ilə bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparacaqlar.
Səfər dekabrın 15-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31