Növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək istəyən təşkilatlar üçün vaxt müəyyən edildi
9 Dekabr 2023 11:11 SiyasətAzərbaycanda növbədənkənar prezident seçkilərində "exit-poll" keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi vaxtı müəyyən edilib.
Olaylar.az xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi "Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı"nda əksini tapıb.
Təqvim planına əsasən, sənədlər 2024-cü il yanvarın 18-dək qəbul ediləcək.
Qeyd edək ki, dekabrın 7-də dövlət başçısı İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilməsi barədə sərəncam imzalayıb. Fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31