Bu razılaşma sülh istiqamətində çox mühim bir irəliləyişdir-İlyas Hüseynov- ÖZƏL

"Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanla Ermənistan arasında vasitəçilər olmadan razılaşmanın əldə olunması, mühim nəticələrin qeyd edilməsi tarixi hadisədir." Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında bildirib:
"Burada Azərbaycanda və Ermənistanda saxlanılan şəxslərin qarşılıqlı mübadiləsi beynəlxalq platformada bir-birinə dəstək nümayiş olunması, digər tərəfdən insanlıq və bəşəriyyət əleyhinə cinayət törətmiş şəxslərin Ermənistana təqdim edilməməsi əlbəttə ki, Azərbaycanın humanizm dəyərlərinə nə qədər sadiq olmasını göstərirsə, digər tərəfdən bizim prinsipial siyasi xəttimizi də təkrarən vurğulayır. Eyni zamanda qeyd etməliyik ki, bu razılaşma sülh istiqamətində çox mühim bir irəliləyişdir və ehtimal edirəm ki, yaxın dövr ərzində sülh müqaviləsinin imzalanması baş verə bilər. Çünki, tərəflər arasında çox yaxşı fürsətlər yaranıb. İnam və etimad atmosferi güclənib. Bu tarixi fürsətdən maksimum dərəcədə istifadə etmək lazımdır. Düşünmürəm ki, qarşıdakı zaman kəsiyində bir daha bu cür əlverişli bir fürsət yaranacaq ya yox? Lakin bu fürsəti regionun gələcəyi, sülh, sabitlik və təhlükəsizlik üçün istifadə etmək gərəklidir və düşünürəm ki, tərəflər konstruktiv məcrada bu cür razılaşmaları davam etdirərək yekun nəticəyə nail olacaqlar. Bu da əlbəttə ki, təhlükəsizlik sisteminin daha da gücləndirilməsi, Cənubi Qafqazda keyfiyyətcə yeni münasibətlər sisteminin yaranmasına gətirib çıxaracaq. "

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31