MSK Prezident seçkiləri təyin edib

Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il fevralın 7-nə növbədənkənar Prezident seçkilərini təyin edib.

Olaylar.az-ın xəbərinə görə, bu barədə qərarı MSK sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında bildirib.

Qərara əsasən, gələn il fevralın 7-nə növbədənkənar Prezident seçkiləri təyin edilib.

Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Qeyd edək ki, dekabrın 7-də dövlət başçısı İlham Əliyev Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31