Azərbaycan Ordusu şərəfli missiyanı uğurla yerinə yetirdi- ÖZƏL

"Azərbaycan Prezidentinin və Vətən müharibəsində ölkəmizə mənəvi-siyasi dəstək verən qardaş Türkiyənin Prezidentinin qatıldığı paradda "Qarabağ Azərbaycandır!" şüarı bir daha qürurla ifadə olundu". "Olaylar" xəbər verir ki, bunu  Milli Məclisin deputatı Fatma Yıldırım deyib: "Paraddakı çıxışında Zəfərin qürurunu və sevincini xalqla bölüşən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi". Millət vəkilinin sözlərinə görə, Azadlıq meydanında bir çox parad keçirilib, amma Zəfər paradı tarixi, siyasi, mənəvi əhəmiyyətinə görə unikal və bənzərsizdir: "Prezident İlham Əliyev paradların birində demişdi ki, gün gələcək, işğaldan azad edilmiş torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək. O gün gəldi. 2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradına işğaldan azad edilmiş ərazilərimizdə qürurla və əzəmətlə dalğalandırılan üçrəngli bayrağımız gətirildi. Bu, xalqımızın sonsuz qürur və iftixar mənbəyi kimi dövlətçilik tariximizə qızıl hərflərlə əbədi həkk olunan müstəsna hadisədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31