Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təminatçısıdır- ÖZƏL
8 Dekabr 2023 12:43 Siyasət"Dövlət başçısı İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda da tarixi Zəfərimizə gedən yoldan, 44 günlük Vətən müharibəsinin reallıqlarından, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərindən, Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana sülh təklifini etməsindən, bugünədək sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına səbəb olan amillərdən geniş bəhs edildi". "Olaylar" xəbər verir ki, bunu deputat Nurlan Həsənov deyib: "Keçmiş məcburi köçkünlərin yüksək səviyyədə yaşayışının təmin edilməsinin əsas prioritetlərdən olduğu bildirildi. Dövlət başçısı İlham Əliyev belə bir tövsiyəni də Forum iştirakçılarına çatdırdı ki, gələn dəfə tədbir keçirəndə Laçına gedin. Çünki o, hazırda bütün azad edilmiş ərazilərdə ən çox məskunlaşmış şəhərdir. Qeyd edək ki, Forum iştirakçıları Zəngilan rayonuna səfər edərək burada aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış oldular".