“Gəlin, bu da seçkilər”- Deputat müxalifətə səsləndi

Millət vəkili Elman Nəsirov müxalifəti növbədənkənar prezident seçkilərinə qatılmağa səsləyib. Olaylar xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib ki, seçkilərdə iştirak etmək  hər bir Azərbaycan vətəndaşının hüququdur: "Müxalifət nümayəndələrinə üzümü tuturam, gəlin, seçkilərdə iştirak edin. Sosial bazaları varsa, gəlib göstərsinlər. 5000 nəfəri güclə toplayan siyasi partiyaların seçkilərdə 40 min imza toplaması inandırıcı görünmür. Müxalif partiyalar elə hey deyirdi ki, seçkilər, seçkilər... Gəlin, bu da seçkilər. Gəlin göstərin ki, sizin nə qədər elektrotanız var, sosial bazanız var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31