Azərbaycanda seçki keçirmək üçün ictimai-siyasi sabitlik var

"Fevralın 7-də Azərbaycanda azad, ədalətli, demokratik və şəffaf prezident seçkiləri keçiriləcək. Bu gün Azərbaycanda seçki keçirmək üçün lazımi mühit, ictimai-siyasi sabitlik var".  Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov bildirib. Qeyd edib ki, ondan sonra Azərbaycanda görüləcək çoxlu işlər var:  "İstənilən şəxs öz namizədliyini təqdim edə və alternativ, rəqabət şəklində seçkilərdə iştirak edə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31