Bu seçkini Zəfər seçkisi də adlandırmaq olar- Spiker
8 Dekabr 2023 11:21 Siyasət"Prezident İlham Əliyev ölkədə növbədənkənar president seçkiləri ilə bağlı sərəncam imzalayıb. 2024-cü ilin fevralayında növbədənkənar president seçkiləri keçiriləcək. Bu seçkilərin keçirilməsi üçün zəmin yaradan amil 2022-ci ilin payızında baş verən Vətətn müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən atntiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyinin tam təmin edilməsidir". Olaylar.az xəbər verir ki bunu Milli Məclisin bu keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib. Bildirib ki, artıq regionda yeni reallıqlar yaranıb: "İlk dəfə olaraq preszdent seçkiləri seçkilər Azərbaycanın bütün ərazisində keçiriləcək. Bu seçkini Zəfər seçkisi də adlandırmaq olar. Çünki hazırda Azərbyacan üçrəngli bayrağı Qarabağın bütün ərazisuində qürurla dalğalanır".
Onun sözlərinə görə, president İlham Əliyev heyrətamiz şəxsi keyfiyə ilə xalqın tükənməz rəğbətini qazanıb: "Uzaqgörən siyasətilə Azərbaycanı dümyanın nüfuzlu ölkələri sırasına çıxarıb. Cənubi Qafqazın geosiyasi mənzərəsini kökündəın dəyuişib. Seçki Məcəlləsi növbədənkənar president seçkisi ilə president seçkisi arasında heç bir prosüdur müddət müəyyən etmir. Seşicilər sadəcə fikirlərini vaxtından əvvəl bildirəcəklər. Hesab edirəm ki, bu president seçkiləri Azərbaycanın qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısının alınmasında mühüm rol oynayacaq".