Müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində seçkilər keçiriləcək - ÖZƏL

"Sözsüz ki, Azərbaycan üçün son 3 ildə çox böyük nailiyyətlər əldə olundu." Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:
"Həm daxildə, həm beynəlxalq arenada. Nailiyyətlərimizin başında isə sözsüz ki, ilk növbədə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, ərazi bütovlüyünü təmin etməsi və   2023- cü ilin sentyabrında baş tutan antiterror tədbirləri ilə öz suverenliyini təmin etməsidir ki, bu ölkənin güclənməsi, beynəlxalq arenada nüfuzunun yüksəlməsi və  regionda yeni geosiyasi reallıqlar yaradılması baxımından mühim amillərdən, mühim rol oynayan məqamlardan biridir. Azərbaycan həqiqətən də İkinci Qarabağ müharibəsilə Cənubi Qafqazda yeni geosiyası reallıq yaratdı. Bu reallığı qəbul edənlər də var, barışmaq istəməyənlər də. Məsələn Fransa və ABŞ kimi ölkələr bu reallığı həzm edə bilmirlər, Azərbaycanın Ermənistanla olan qüvvələr balansını öz lehinə dəyişdiyini həzm edə bilmirlər. Lakin reallıq ondan ibarətdir ki, bu yeni geosiyasi konyuktur region ölkələrinə,  eyni zamanda Avropadan Çinə qədər olan ölkələrə regionun geoiqtisadi potensialından istifadə etməyə və daha da inkişaf etmələrinə töhfə verə bilər. Bura Ermənistan da daxildir. Ona görə də həm böyük  regional dövlətlər bir-biri ilə acımasız geosiyasi rəqabətə girmək əvəzinə, regionun imkanlarından əməkdaşlıq və sülh çərçivəsində, qarşılıqlı şəkildə, tərəflərin maraqlarını nəzərə alaraq faydalanmağa çalışsalar daha yaxşı olar. Digər tərəfdən, müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində seçkilər keçiriləcək. Ümumiyyətlə, burada əsas əhəmiyyətli məsələ Azərbaycanın  ərazi bütövlüyünün təmin olunmasıdır.  Artıq  Azərbaycan dövlətinin maraqlarını regional və qlobal səviyyədə hesaba alırlar, Azərbaycanın qlobal arenada nüfuzu böyüyüb, eyni zamanda xalq olaraq da, xalq, dövlət birliyi, bərabərliyi daha da möhkəmlənib. Xalqın sözsüz ki, rəhbərliyə, siyasi establşmentə inamı böyükdür. Bu ölkənin möhkəmliyinin davam etməsi, dayanıqlı inkişafı üçün vacib amillərdən biridir. Yəni, bir ölkənin ən zəif elementi həmin ölkədə xalqla dövlət arasında olan uçurumun olmasıdır ki, bu Azərbaycanda sözsüz ki, yoxdur. Azərbaycandakı xalq, dövlət birliyi həm İkinci Qarabağ müharibəsindəki zəfərimizə, həm Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin qorunmasına, həm də Azərbaycanın gələcəkdə daha da güclənərək inkişaf etməsinə səbəb olan amillərdəndir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31