Paşinyandan hərbçilərin azad edilməsi ilə bağlı PAYLAŞIM
7 Dekabr 2023 23:56 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Xəbər verdiyimiz kimi, Azərbaycanla Ermənistan arasında hərbçilərin qarşılıqlı azad edilməsi barədə razılıq əldə olunub.
Olaylar.az sfera.az-a istinadən xəbər verir ki, bununla bağlı Ermənistanın Baş naziri Nikol Paşinyan "X" hesabında paylaşım edib.
"Humanizm dəyərlərinə əsaslanan və xoşməramlı jest olaraq Azərbaycan tərəfi 32 erməni hərbi qulluqçusunu azad edir. Öz növbəsində Ermənistan tərəfi də 2 Azərbaycan hərbi qulluqçusunu azad edir", - deyə Paşinyan bildirib.
Qeyd edək ki, razılaşmaya əsasən hazırda Ermənistanın əsir kimi saxlanılan azərbaycanlı hərbçilər Bəbirov Aqşin və Axundov Hüseyn azad ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31