Repetitorluq təhsilimiz üçün ciddi problemlər yaradır- ÖZƏL

"Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, təhsil millətin gələcəyidir. Hələ də Azərbaycan təhsilində həllini gözləyən bir sıra mühüm məsələlər var. Onların ən qısa vaxtda həllinə nail olmalıyıq".

"Olaylar" xəbər verir ki, bunu milət vəkili Ceyhun Məmmədov deyib. Bildirib ki, müəllim və direktor seçimində yalnız bilik deyil, şəxsi keyfiyyətlər və təcrübə də nəzərə alınmalıdır. Təhsil həm də mənəviyyat üzərində qurulmalıdır: "Təhsildə digər həllini gözləyən məsələ repetitorluqdur. Azərbaycanda repititorluğun bu qədər kütləvi yayılması təhsilimiz üçün ciddi problemlər yaradır. Bu barədə ciddi düşünməliyik. Televiziya kanallarımız media siyasətinə yenidən baxmalıdırlar. Daha çox şou proqramlara deyil, maarifləndirici verilişlərə üstünlük verməliyik. Media güclü silahdır, ondan düzgün istifadə etməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31