Ermənistan bu fikirlərdən nəticə çıxararsa...- ÖZƏL

"Azərbaycan prezidenti hər zaman olduğu kimi bu dəfə də Azərbaycan-Ermənistan arasında olan keçmiş münaqişə ilə bağlı, münaqişədən sonrakı durumla bağlı çox dəqiq və hərtərəfli şəkildə həm vəziyyəti təhlil elədi, həm qarşı tərəfə, Ermənistana çox ciddi, aydın mesajlar verdi". 

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.

"Əgər Ermənistan və onun havadarları bu mesajı anlaya və onu doğru qiymətləndirə bilərlərsə, Azərbaycan ilə Ermənistan arasında növbəti yeni səhifənin açılması mümkündür ki, bu səhifədə müharibəsiz, münaqişəsiz, gərginliksiz bir həyatın olması mümkündür. Lakin mən Ermənistan hakimiyyətində bu anlayışın, verilən mesajı dərk edə biləcək bir səviyyənin olduğuna şübhə edirəm. İndiyə qədər gördüklərimiz bizə bunu deməyə əsas verir. Cənab prezident müharibədən sonrakı istər 44 günlük müharibə ilə bağlı, istər 44 günlük müharibədən sonrakı 1 günlük antiterror tədbirlərinə qədər olan dövr ərzində Xankəndindəki separatizmlə bağlı çox geniş və hərtərəfli bir təhlil və açıqlamalar verdi. Mən düşünürəm ki, Ermənistan tərəfi bu fikirlərdən nəticə çıxararsa, Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması da, münasibətlərin normallaşması da ən qısa zamanda gerçəkləşə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31