Azəbaycan həmişə sülh danışıqlarına sadiq qalmağa çalışıb- ÖZƏL
7 Dekabr 2023 14:16 Siyasət"Azərbaycan əsgəri və zabiti bir amalla vuruşurdu: "İşğala son qoyulsun - tarixi ədalət zəfər çalsın. Qarabağ münaqişəsinin ədalətli şəkildə həlli, eyni zamanda ərazi bütövlüyümüzün bərpası taleyüklü bir vəzifə idi". "Olaylar" xəbər verir ki, bunu YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov deyib: "Azərbaycan hər zaman humanistlik nümayiş etdirib. Belə ki, Azəbaycan həmişə sülh danışıqlarına sadiq qalmağa çalışmışdır. Lakin qarşı tərəf olan təcavüzkar Ermənistan Azərbaycanı bu məsələdə hərbi yola əl atmağa vadar etdi və nəticə göz qabağındadır. 10 noyabrda Ermənistan müharibənin başa çatması ilə bağlı kapitulyasiya aktına imza atdı. 44 gün ərzində Azərbaycan parlaq qələbə qazanmaqla Ermənistanı məğlub edərək işğala son qoydu. Məlum olduğu kimi, 2023- cü ilin 19-20 sentyabr tarixlərində keçirilmiş lokal antiterror əməliyyatında Azərbaycan ərazisində qalan bir qrup qanunsuz erməni birləşmələrinin fəaliyyətinə son qoyuldu. Bununla da ermənilərə sübut olundu ki, kimlərin onları müdafiə etməsinə baxmayaraq Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Bir sözə Azərbaycan sübut etdi ki, Qarabağ Azərbaycandır".