Növbədənkənar prezident seçkilərinin keçirilməsi hansı zərurətdən yaranıb?

2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də bununla bağlı Sərəncam imzalayıb. Bəs, ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsinə nə dərəcədə ehtiyac var idi? Əvvala qeyd edək ki, sözügedən qərarın iki mümkün səbəbi var: Birincisi, Azərbaycanın ərazi bütövlüyü və  suverenliyinin tam bərpa edilməsinə nail olan siyasi hakimiyyət mövcud üstünlüyündən istifadə edir, siyasi təcrübədə belə üstünlüyün seçki prosesində istifadə edilməsi təbiidir. İkincisi isə Qarabağ məsələsi tam həll edildikdən sonra həm ölkədə, həm də bölgədə yeni situasiya yaranıb, xüsusilə geosiyasi mübarizənin Azərbaycanın daxili siyasi müstəvisinə təsir edəcəyi, yaxud belə cəhdlərin olacağı gözləntisi var. Belə məlum olur ki, prezident İlham Əliyev Əliyev daxili siyasətdə üstün mövqeyini daha da möhkəmləndirərək yeni dövrə güclü şəkildə getmək niyyətindədir. Xatırlatmaq yerinə düşər ki, hazırda Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında ən qabaqcıl yerlərdən birini tutur.  Qürürverici  haldır ki, son dövrlərdə Azərbaycan dövlətçiliyi yüksək templə inkişaf edir. Artıq dünya dövlətləri Azərbaycanın irəli sürdüyü yeni siyasi reallıqların fərqinə varır, ölkəmizi etibarlı siyasi tərəfdaş qismində qəbul edirlər. Azərbaycan hal-hazırda siyasi, iqtisadi, hərbi, mədəni sahələr üzrə inkişafa və əldə etdiyi nəticələrə görə dünyada söz sahibi olan ölkəyə çevrilib. Bu inkişafın təməlində isə uzaqgörən, uğurlu və realllığa əsaslanan daxili və xarici siyasət dayanır. Bu fakt da xatırlanmalıdır ki, artıq Azərbaycan ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. 2018- ci ildə  Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyev xalqımızın qarşısında duran ən mühüm problem - ərazi bütövlüyümüzün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verdi və qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialını vahid məqsəd uğrunda səfərbər etdi. Prezident seçildikdən cəmi iki il sonra - 2020- ci ilin sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycanın tarxi qələbəsi ilə başa çatdı, 2023-cü il sentyabrın 20-də lokal antiterror tədbirləri isə ərazi bütövlüyümüzün və suverenliyimizin  tam bərpası prosesini tamamladı. Bu gün Ümumilli Lider Heydər Əliyev yolunun layiqli davamçısı Prezident  İlham Əliyevin yüksək səyləri və gərgin əməyi nəticəsində Azərbaycan  beynəlxalq reytinq cədvəllərində müsbət tendensiyalar üzrə irəliləyərək bölgənin söz sahibinə  çevrilən bir ölkəyə çevrilib. Heç şübhəsiz, bütün bu nailiyyətlərin təməlində güclü lider İlham Əliyev dayanır. Danılmaz bir faktdır ki, günümüzdə Azərbaycanın bir dövlət olaraq, stabil və inamlı  inkişafı məhz cənab Prezidentin liderlik amili ilə bağlıdır. Birmənalı şəkildə qeyd edilməlidir ki, Prezident İlham Əliyev praqmatik siyasətçidir, hadisələri, prosesləri dəqiq qiymətləndirir, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edir, verdiyi bütün vədləri gerçəkləşdirir. O, Azərbaycanın tərəqqisini təmin edən strateji inkişaf paradiqmalarını dəqiq müəyyən edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəfər çalmış və  tarix yazan lider olaraq, həyata keçirdiyi müdrik daxili siyasəti və məqsədyönlü xarici siyasət sayəsində Azərbaycanı Cənubi Qafqazın ən güclü dövlətinə çevirməyi bacarıb. İlham Əliyevin prezidentliyi dönəmi Azərbaycan tarixində dünya miqyaslı infrastruktur, iqtisadi, enerji və mədəni layihələrin həyata keçrilməsi, eləcə də daxili siyasətdə mövcud neft kapitalının qeyri-neft kapitalına çevrilməsi ilə yadda qalıb.

Mühüm məqamlardan biri budur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq reytinq agentliklərinin hesabatlarında da geniş əks olunur. Həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının rifahı və mənafeyi dayanır. Azərbaycanın qüdrətinin daha da artmasını, ölkənin dinamik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edən mühüm strateji amillərdən biri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial siyasət kursudur. Dövlət başçısının sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanır.

İlham Əliyevi təəssübkeş lider kimi fərqləndirən əsas xüsusiyyətlərindən biri də, milli maraqlar məsələsində güzəştsiz mövqe tutmasıdır. Ali Baş Komandan ikinci Vətən müharibəsinə qədər keçən bir zamanda müxtəlif beynəlxaq arenalarda, yüksək kürsülərdə  bütün dünyaya Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu və Azərbaycanın bu məsələ barəsində heç vaxt güzəştdə getməyəcəyini bildirdi, bölgədə stabilliyin bərqərar olması üçün ədalətin bərpa olunmalı olduğunu hər zaman vurğuladı. Artıq bu günki Azərbaycan yeniləşən dünyanın reallıqlarına tam birmənalı olaraq cavab verərək özü bölgədə yeni reallıqlar yaradır. Məhz güclü ölkənin güclü rəhbəri sayəsində artıq regional məsələlərin həllində Azərbaycan əsas aparıcı dövlətə çevrilib.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31