Artıq torpaqları işğalda olmayan bir ölkədə Prezident seçkiləri keçirilir- Tural İsmayılov - ÖZƏL
7 Dekabr 2023 13:49 Siyasət"Azərbaycan artıq qalib tərəf kimi regionda yeni şərtlər yaradıb və yeni şərtləri diktə edən tərəfdir."
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Əlbəttə ki, qələbə qazanan bir ölkə kimi qalib diktəsi yaradan Azərbaycan artıq növbədənkənar Prezident seçkilərinə də qalib tərəf kimi gedir. Həmçinin, nəzərə almaq lazımdır ki, məhz Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra növbədənkənar Prezident seçkilərinə gedilir. Cənab Prezident İlham Əliyev 2018-ci il Prezident seçkilərində də özünün və qarşısında duran hədəfləri elan etmişdir. Prezident seçildikdən sonra çox həssas və gərgin dövrdə- 2020-ci ildə qlobal pandemiyanın dünyanı cənginə aldığı bir vaxtda məhz Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Daha sonra isə 2023-cü ildə Azərbaycan lokal antiterror tədbirləri ilə suverenliyini tan bərpa etdi və bundan sonra artıq həm ölkədə yeni reallıqlar yaranın, həm ölkənin regionda yeni reallıqların formalaşmasınd rolu artıbdır. Müstəqil Azərbaycanın tarixində bütün ölkə ərazisində ilk dəfə bu seçkilər keçiriləcək. Nəzər almaq lazımdır ki, bu seçkilər həm də ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti deməkdir. Artıq torpaqları işğalda olmayan bir ölkədə Prezident seçkiləri keçirilir. Hər halda onsuz da Prezident seçkiləri 2025-ci ildə olacaqdı, amma dediyim kimi, bu qələbədən sonra, yeni reallıqkar formalaşıb və eyni zamanda bu reallıqların da fonunda Azərbaycanın baxışı, idarəetmə modeliylə bağlı islahatlar həyata keçirilir, qarşıda dövlətimizin böyük hədəfləri var, bu konketsdə növbədənkənar Prezident seçkilərinin tarixi əhəmiyyəti olacaq."