Bu imkanlar havadan gəlmir-Xəyal Bəşirov- ÖZƏL

"Azərbaycanın II Qarabağ müharibəsindən sonra regionda formalaşdırdığı yeni reallıqları qəbul etməyən bir sıra qüvvələr vardı." Bu fikirləri Olaylar.az-a açılamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov söyləyib: "Çox təəssüflər olsun ki, 30 ilə yaxın müddət ərzində keçmiş münaqişənin həlli ilə bağlı vasitəçilik mandatını öz üzərinə götürən ABŞ tərəfindən də biz bu reallıqlara fərqli yanaşma tərzini zaman-zaman gördük. Əslində, həmin o reallıqlar, hansı ki, biz formalaşdırmışıq, 30 ilə yaxın müddət ərzində ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi ABŞ-nin də vəzifələrindən biri idi ki, onlar sülh və danışıqlar yolu ilə, bizim indiki hazırladığımız, formalaşdırdığımız yeni reallıqları formalaşdırmalı idilər. Çox təəssüflər olsun ki, bunu edə bilmədilər və bunu edə bilməmələrinə rəğmən belə bu gün Azərbaycanın formalaşdırdığı yeni reallıqları şübhə altına alan, ona qarşı əsassız ittihamlar səsləndirən, ümumilikdə Azərbaycanın atdığı addımlara qarşı əsassız və absurd iddialar ortaya qoyan qüvvələr ABŞ-də də var. Təbii ki, biz bilirik ki, bütün bu addımlar kimlərin və ya hansı qrupların təsiri altında həyata keçirilir. Erməni diaspora və lobbi təşkilatları ilə sıx təmasda olan bəzi şəxslər, bunların arasında ayrı-ayrı institutlar, rəsmi şəxslər, qruplar da var." Politoloq həmin o şəxs və qüvvələrin Azərbaycanın sülh və təhlükəsizliyi istiqamətində atdığı addımları fərqli şəkildə diqqətə çatdırmağa, əsassız olaraq pisləməyə cəhd göstərdiklərini qeyd edib: "Bunlardan biri də hazırda qeyd etdiyimiz Ceyms O`brayndır ki, Azərbaycana qarşı əsassız fikirlər səsləndirmişdi. Ermənistanın işğalçılıq mövqeyini fərqli formada diqqətə çatdırmağa cəhd gösrərib. Mən düşünürəm ki, Ceyms O`brayn və bu kimi şəxslər əslində yalnış addım atdıqlarını və hansı dövlətə qarşı hansı əsassız fikirlər səsləndirdiklərinin fərqində olmadıqlarına görə bu fikirləri səsləndiriblər. Biz bilirik ki, ABŞ bu gün dünyada aparıcı söz sahiblərindən ilk yerdə olan dövlətdir. ABŞ bu gün dünyanın idarə edilməsi istiqamətində gücə sahib olan dövlətdir. Biz onu da bilirik ki, ABŞ-nin dünyanı idarə etmək, dünyanın ayrı-ayrı regionlarında baş verən proseslərə təsir mexanizmini ortaya qoymaq imkanları havadan gəlmir. Bunu həmin ərazilərdə olan müttəfiqləri vasitəsilə, ayrı-ayrı dövlətlərlə həmrəlik şəklində həyata keçirdə bilir. Yaxud bu reallıqları əməkdaşlıq nəticəsində əldə edə bilir. Ona görə də, Cənubi Qafqaz tək ABŞ üçün yox, dünya üçün ən həssas və ən əhəmiyyətli regionlardan biridir. Cənubi Qafqaza bu gün şimalla cənubun, şərqlə qərbin qovşağı deyilir. O bu gün şərqdən qərbə uzanan böyük bir yol olan orta dəhlizin üzərində yerləşir. Cənubi Qafqaz bu gün ABŞ və dünya üçün Rusiya, İran, Türkiyə, Mərkəzi Asiya deməkdir. Cənubi Qafqaz bu gün Asiya ilə Avropanın qovşağında yerləşən bir regiondur. Bütün bu amilləri nəzərə alan ABŞ-nin bir rəsmisi belə əsaslı fikirlər səsləndirməməliydi ki, Azərbaycan da buna bu şəkildə reaksiya verməsin. Təbii ki, bizim xarici siyasətimizin əsas konturlarından biri bütün beynəlxalq hüququn subyektləri ilə bağlıdır. Buna dövlər də, təşkilatlar da aiddir. Hamısı ilə bərabər hüquqlu şəkildə əməkdaşlıq qurmaq və prosesləri hər hansısa bir tərəfə üstünlük vermədən tərəflərin ümumi maraqlarına uyğun şəkildə yerinə yetirmək niyyətinə xidmət edir. Əgər qarşı tərəflərdən kimsə, təşkilat və ya dövlət olmasından asılı olmayaraq bunu qəbul etmək istəmirsə və yaxud buna qarşı hər hansısa bir addım atırsa təbii ki, bunun nəticələrinə də qatlanmalıdır. Azərbaycanın mövqeyi bundan ibarətdir. Ceyms O`Braynın səsləndirdiyi əsassız fikirlər ona səbəb oldu ki, Azərbaycan tərəfi həmin o şəxsin və o şəkildə düşünən şəxslərin Azərbaycana səfəri ilə bağlı qırmızı xəttini ortaya qoydu. Əgər ABŞ-nin rəsmi şəxsi, xüsusiylə də Avrasiya və Avropa məsələləri üzrə dövlət katibinin köməkçisi Azərbaycanla ABŞ arasında, azərbaycanlılardan ABŞ-a yüksək səviyyəli şəxslərin səfərlərinə qadağa qoyulması və eyni zamandq münasibətlərimiz arasındaki soyuqluğu özündə ehtiva edən fikirlər səsləndirirsə, heç nəyin əvvəlki kimi ola bilməyəcəyini dilə gətirirsə, bu halda bizim onların bu fikirlərinə, mövqeyinə reaksiyamız o şəkildə də olmalı idi. Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı mövqe bildirmişdi. Yekunda yenə də həmin o şəxsin köməkçisi olduğu dövlət katibi, onun dediyi sözlərlə, fikirlərlə bağlı yanlışı qəbul etdi və prezident İlham Əliyevdən o şəxsin və gələcəkdə digər rəsmilərin Azərbaycana buraxılması ilə bağlı vizanın verilməsi, təbii ki burda söhbət rəmzi mənada gedir ki, prezident İlham Əliyev tərəfindən belə səfərlərə razılığın verilməsi xaişini bildirdi. Təbii ki, bizim buna şərtimiz adekvat oldu, eyni şəkildə bizə qarşı bu əsassız fikirlərin ABŞ tərəfindən dövlətin rəsmi razılığı olmadığıyla bağlı söz alındı. Təbii ki, bu səfərdə də prezident İlham Əliyevin mətbuat üçün açıqlanmış hissəsinə nəzər yetirdikdə görürük ki, yenə də ABŞ-nin dövlət katibi Antoni Blinkenin prezident İlham Əliyevə son zəngi zamanı Azərbaycan-ABŞ münasibətlərinə zərbə vuracaq fikirlərə yol verilməməsi ilə bağlı narahatçılığını eyni şəkildə burda fərqli formada bildirdi. Daha çox prezidentin mövqeyi Azərbaycan-ABŞ münasibətlərinin inkişaf etdirilməsi istiqamətində oldu və prezidentin mövqeyi bundan ibarət oldu ki, təbii ki, bu mənim subyektiv fikirimdir, digər dövlətlərdə, təşkilatlarla olduğu kimi ABŞ-a Azərbaycan nə qədər lazımdırsa, Azərbaycana da ABŞ bir o qədər lazım olacaq. Bizim mövqeyimiz dəyişməz olaraq qalır, bizim ümumilli maraqlarımıza, dövlətçilik maraqlarımıza zidd olan heç bir addımı biz bu günə qədər qəbul etməmişik, bundan sonra da belə olacaq. Azərbaycan prezidenti İlham Əliyevin mövqeyi bu şəkildə olub və bu görüşdən də göründü ki, bu şəkildə də davam edəcək. Bu artıq ona gətirib çıxarır ki, ABŞ bir dövlət olaraq həm dövlət, onun rəsmiləri, dövlətin adından çıxış edən rəsmiləri Azərbaycanın formalaşdırdıqları yeni reallığı səmimi olaraq qəbul etməlidirlər və anlamalıdırlar ki, bu təkcə Azərbaycan dövlətinin, xalqının maraqlarına deyil, regionun bütün dövlətlərinin, xalqlarının, qonşu dövlətlərin, ümumilikdə dünyanın maraqlarına cavab verən reallıqlardır ki, əslində dünya və dünya dövlətləri, o cümlədən də, ABŞ sözdə, dildə, bəyanatlarda və çıxışlarda bu reallıqlara xidmət etdiklərini dilə gətirdilər. Əgər həqiqətən də bu belədirsə, o halda biz onların dilə gətirdikləri, arzusunda olduqları reallıqları Cənubi Qafqaz regionuna gətirmişik."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31