İlham Əliyev “Qarabağ Azərbaycandır!” bəyanatını reallaşdırmaqla mümkünsüzü mümkün etdi- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Azərbaycan Ordusu 30 ilin nisgilinə son qoymuş, müharibədə əldə olunan Qələbə 10 noyabr üçtərəfli Bəyanatın imzalanması ilə nəticələnmişdi. Azərbaycan Ordusu Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi". "Olaylar" xəbər verir ki, bunu YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva deyib: "Dünya bir daha bu reallığın şahidi oldu ki, ermənilər nə qədər havadarlarına arxalanıb işğal altında saxladıqları torpaqlarımızda istehkamlar qursalar da, güclü hərbi texnika ilə təmin olunsalar da Azərbaycan Ordusu Zəfəri ilə dünyaya səs saldı. Ermənistanın işğaldan azad edilmiş ərazilərdə qurduğu istehkamlar bu reallığın təsdiqi idi ki, torpaqlarımızı danışıqlar əsasında geri qaytarmaq fikrində deyildi. Ermənistanın baş nazirinin müharibənin gedişi dövründə müsahibələrində məsələnin diplomatik yolla həllinin mümkünsüzlüyünü bildirməsi də sadəcə söz deyildi. Azərbaycan Ordusu Ermənistana tarixdə heç zaman unuda bilməyəcəyi dərsi verdi. Müzəffər Ali Baş Komandanımız informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident İlham Əliyev inamla səsləndirdiyi "Qarabağ Azərbaycandır!" bəyanatını reallaşdırmaqla mümkünsüzü mümkün etdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31