"Bütün bunlar Fransa dövlətinin söz və ifadə azadlığına dözümsüzlüyünün aşkar göstəricisi, növbəti bariz nümunəsidir”- ÖZƏL

"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Olaylar.az-a bildirib ki,fransız müstəmləkəsi Yeni Kaledoniyada yerli polisin ora ezam olunmuş Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı Aygün Həsənovaya münasibəti bizi razı sala bilməz: "Şengen vizası olmasına baxmayaraq polisin jurnalistə nalayiq, qəddar rəftarı, ona qarşı qanunsuz davranışı, əsassız tələblər irəli sürməsini pisləyirik. Bütün bunlar Fransa dövlətinin söz və ifadə azadlığına dözümsüzlüyünün aşkar göstəricisi, növbəti bariz nümunəsidir". 
Elman Cəfərli deyib ki, baş vermiş hadisə bir daha təsdiq edir ki, özünü dünya demokratiyasının beşiyi sayan Fransa ali dəyər və priniplərə, qətiyyən, məhəl qoymur. Onun sözlərinə görə, yerli polisin hərəkəti yolverilməzdir. 
"AZƏRTAC-ın əməkdaşının saxlanılması, həbslə təhdid edilməsi, "arzuolunmaz şəxs" kimi təyyarəyə mindirilərək, digər ölkəyə yola salınması jurnalistin sərbəst fəaliyyətinin qarşısının qeyri-qanuni yolla alınmasıdır. Belə yanaşma yalnız avtoritar dövlətlər üçün xarakterikdir. Görünür Fransa hökuməti  Yeni Kaledoniyada avtoritar system qurmaq istəyir. Bu davranış demokratik dünya adına rəzalətdir. 
Zülmdən qurtulmaq, azadlığına qovuşmaq Yeni Kaledoniya xalqının doğal haqqıdır. Onların bu mübarizəsini işıqlandırmaq üçün ora səfər etmiş AZƏRTAC-ın əməkdaşı özünün peşə borcunu yerinə yetirirdi. Jurnalist fəaliyyətinin zorakı üsullarla məhdudlaşdırılması pislənilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31