Obraynın səfəri Azərbaycanla ABŞ münasibətlərində müsbət geridönüş yaradacaq- Tural İsmayılov- ÖZƏL

"ABŞ Azərbaycanla münasibətləti özünün tutduğu biryanlı mövqeylə itirib." Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Yəni əslində Amerika və Azərbaycan arasında münasibətlərdə yaranan kəskinlik və gərginlik məhz ABŞ-nin birmənalı şəkildə Ermənistana dəstək olmağa çalışması və Azərbaycanın real haqq işinə qarşı birmənalı mövqe tutmağı ilə baş verdi. Amma istənilən halda ABŞ dövlət katibinin müavinin Azərbaycana səfəri mən hesab edirəm ki, vacibdir. Çünki nəzərə almaq lazımdır ki, iki ölkə arasındakı münasibətlərin kəskinləşməsi birbaşa Obraynın Azərbaycan əleyhinə çox sərt dezinformasiya və "fake news"-lar səsləndirməyindən sonra baş vermişdir. Bu baxımdan ABŞ dövlət katibinin Azərbaycan Prezidentindən Obraynın səfəri ilə bağlı xahiş etməsi, eyni zamanda Azərbaycanın bəzi rəsmilərinin ABŞ-yə səfəri ilə bağlı anlamsız  tətbiq edilmiş bəzi məhdudiyyətlərin də məhz aradan qaldırılması, iki ölkə arasındakı mübasibətlərdə də müsbətə doğru dönüş yaradır. Mən hesab edirəm ki, istənilən halda məhz Obraynın açıqlamalarına görə daha da gərginləşmiş Azərbaycan-ABŞ münasibətləri Obraynın Bakı səfərindən sonra müsbətə doğru dəyişəcək.  Obrayn Azərbaycan Prezidenti ilə görüşdü, müəyyən müzakirələr aparıldı və hesab edirəm ki, bu Azərbaycan- ABŞ münasibətlərində ABŞ-nin səhvləri ucbatından baş verən soyuqlaşma tendensiyasını müəyyən qədər aradan qaldıracaq.  Eyni zamanda Obraynın səfərində Azərbaycanla Ermənistan arasındakı münasibətlərin gələcək taleyi də müzakirə edilib və əlbəttə ki, sülh müqaviləsi ilə bağlı bir sıra məsələlərə toxunulduğunu düşünürəm. Hər halda Obraynın səfəri Azərbaycanla ABŞ   arasındakı münasibətlərdə müsbət geridönüş yaradacaq deyə düşünürəm."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31