Zəngəzur Dəhlizi Azərbaycan üçün cəlbedilciliyini itirsə də, aktuallğını itirməyib
7 Dekabr 2023 11:55 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Prezident İlham Əliyev "Qarabağ:30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" mövzusunda forumunda çıxış edərək, Naxçıvana maneəsiz gediş-gəlişin təmin olunmasını Azərbaycamın legitim hüququnun olduğunu qeyd etdi. Ermənistan Naxçıvana gediş- gəliş yolunda gömrük, sərhəd nızarətinin olmasını önə çəkir. Azərbaycan tərəfi isə, maneəsiz keçiddə maraqlıdır". "Olaylar"xəbər verir ki, bunu deyən MCP sədrinin müavini Məhəmməd Əsədullazadənin sözlərinə görə, əslində belə bir təcrübə var: "Kalinqradla Rusiya arasında maneəsiz keçid var. Bununla bağlı prezident İlham Əliyev N. Paşinyanla danışdığını vurğuladi. Amma, N. Paşinyan razı olmadi. Hətta, prezident Ermənistanın burada suverenliyi ilə bağlı şərtinin olmadığını açıq elan etdi. Ermənistan hakimiyyəti isə, gədiş-gəlişdə yoxlamalar həyata keçirəcəyini vurğulayır və sərbəst gediş-gəlişə icazə verməyəcəyini xüsusi vurğulayır. ABŞ və Avropa İttifaqıda Ermənistanın bu siyasətini dəstəkləyir.
Azərbyacanda məcbur qalıb, İranla Araz dəhlizini razılaşdırdı. Ermənistan Azərbaycanın bu şərtləri ilə razılaşarsa, tezliklə sülh müqaviləsi bağalana bilər. Həmçinin Rəsmi Bakı ABŞ və Avropa İttifaqının anti-Azərbaycan siyasətinə görə konkret onların vasitəciliyindən imtina edib. Qərbin vasitəçiliyi ilə sülh əldə edilməyəcəyini vurğuladı. Göründüyü kimi, məhz Qərbin anti-Azərbaycan siyasəti, Ermənistanı silahlandırması Bakını bu mövqe ortaya qoymağa sövq etdi. Bu prezident tərəfindən çox ciddi bir siyasi gedişdir.
Ermənistan tərəfi "Sülh qovşağı" adı altında yeni layihə elan edib. Halbuki bu layihə maneəsiz giriş çıxışı nəzərdə tutmur və tam Ermənistan yoxlama prosedurunu tətbiq edir. Azərbaycan prezidenti Ermənistana və ABŞ bir daha Azərbaycanın mövqeyini bildirdi. ABŞ və Avropa İttifaqı Azərbaycanı Ermənistanın şərtləri əsasında sülh müqviləsi bağlanması üçün siyasi təzyiqlər edir. Azərbaycanın müstəqil siyasət yürütməsinə qarşı olduqlarını açıq şəkildə bildirirlər. Azərbaycan Zəngəzurda Rusiyanın da bu yola nəzarət etməsinin əleyhinədir. Məhz prezident İlham Əliyev Naxçıvana gediş-gəlişdə hərhansı bir yoxlamanın olmamasını vurğulamaqla mesaj verdi ki, üçüncü tərəflərin burada nizarətini qəbul etmir. Cənubi Qafqazda yeni bir siyasi nizamı yaranır. Azərbaycan Qərbin vasitəçiliyi ilə sülh olmayacağını vurğulaması Yerevanın bütün planlarını alt-üst etdi".