Vətən müharibəsində Türkiyənin dəstəyi bizi qələbəyə daha da ruhlandırdı- ÖZƏL
6 Dekabr 2023 13:52 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfərdə qardaş Türkiyənin böyük payı var. Vətən müharibəsi dövründə qardaş ölkənin mövqeyini, gücünü, siyasi, mənəvi dəstəyini bütün dünya gördü. Bu, bizi qələbəyə daha da ruhlandırdı". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məcliisn deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadənin sözlərinə görə, bu baxımdan, cənab Rəcəb Tayyib Ərdoğanın Qələbə paradında iştirakı və qardaş Türkiyə hərbçilərinin Azərbaycan Ordusu ilə birlikdə olması ayrıca qürurverici hadisə idi: "Bu, bir daha xalqlarımıza, Türk dünyasına, beynəlxalq ictimaiyyətə, eləcə də düşmənə, onun havadarlarına xüsusi mesaj idi. Bütün dünya bir daha gördü ki, Azərbaycan və Türkiyə bundan sonra da bütün məsələlərdə bir-birinin yanında olacaqlar. Paradda çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu fikirləri xüsusilə qeyd edilməlidir: "Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır". Qardaş Türkiyə hərbçilərinin paraddan keçidi də coşqu ilə qarşılandı və bütün xalqımızı bir daha qürurlandırdı".