Deputatımız AŞPA-nın tədbirinı qatılacaq

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Milli Məclisin deputatı, Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü Nigar Arpadarai bu qurumun Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında iştirak etmək üçün dekabrın 7-də Fransanın Paris şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, tədbirdə miqrant işçilərin məşğulluğu, miqrantların, qaçqınların və sığınacaq üçün müraciət edənlərin itkin düşməsi, sığınacaq verilməsi prosedurlarında insan hüquqlarına riayətin təmin olunması kimi mövzular müzakirə olunacaq, komitənin əvvəlki iclaslarının protokolları təsdiqlənəcək, təşkilati işlərə baxılacaq.

Səfər dekabrın 9-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31