Azərbaycanla Türkiyənin birliyi əbədi və sarsılmazdır- ÖZƏL
6 Dekabr 2023 11:45 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Son üç ildə Azərbaycan-Türkiyə qardaşlığının fonunda atılan addımlar hər birimizdə böyük qürur hissi yaradır. 2021-ci il 15 iyun - Milli Qurtuluş Günündə münasibətlərimizin gələcək inkişafının aydın mənzərəsini yaradan Şuşa Bəyannaməsi imzalandı. Təbii ki, hər bir sənəd mahiyyəti ilə yanaşı, imzalandığı məkan baxımından xüsusi diqqət çəkir". "Olaylar" xəbər verir ki, bunu YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya deyib. Bildirib ki, Qarabağın tacı, bütün türk dünyasının mədəniyyət paytaxtı Şuşa Azərbaycan-Türkiyə münasibətlərinin gələcəyini müəyyənləşdirən sənədin imzalanmasına şahidlik etdi: "İşğaldan azad edilmiş bu torpaqdan dünyaya birliyimizi, həmrəyliyimizi, daha dəqiq desək, qardaşlığın nümunəsini təqdim etdik. Sübut olundu ki, iki dost ölkə hər zaman bir yerdədir. Dünya miqyasında Azərbaycanla Türkiyə qədər biri-birinə yaxın olan ikinci ölkələr yoxdur. Birliyimiz əbədi və sarsılmazdır".