Prezident İlham Əliyev Finlandiya Prezidentini təbrik etdi
6 Dekabr 2023 11:12 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Prezident İlham Əliyev Finlandiya Respublikasının Prezidenti Sauli Niinistöyə məktub ünvanlayıb.
Olaylar.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Finlandiya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31