Vaşinqtonun Ukrayna siyasətində ciddi problemlər ortaya çıxır- ÖZƏL
6 Dekabr 2023 10:52 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Rusiya Ukraynada təşəbbüsü ələ almağa çalışır. Taktiki müstəvidə buna nail ola bilər. Qeyd edim ki, V. Zelenskinin komandasının korrupsiya və rüşvətə bulaşması, ayrılan vəsaitlərin mənimsənilməsi cəbhədə uğursuzluğa gətirib çıxarır". "Olaylar"ın məlumatına görə, MCP sədrinin müavini Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ-da normal siyasi xadimin prezident seçilməməsi Ukraynada müharibəyə mənfi təsir edir: "C. Baydenin qocalığı, Trampın siyasətdən uzaq biri olması ABŞ Beynəlxalq müstəvidə Vaşinqtonun siyasətinə mənfi təsir etməkdədir.
Rusiya Ukraynada yeni hücumlarını artırıb, böyük əraziləri işğal edə bilər. Göründüyü kimi, Vaşinqtonun Ukrayna siyasətində ciddi problemlər ortaya çıxır. Rusiyanın Ukraynada qalibiyyəti Cənubi Qafqazda geosiyasi mövqelərini gücləndirə bilər. Həmçinin Mərkəzi Asiyaya ciddi təzyiqlər edəcək. Rusiyanın apardığı siyasət qonşu ölkələrə təhdid olaraq qalır. Qərb Ukraynada Rusiyaya qarşı müqaviməti gücləndirməsə, Rusiya rasizimi ilə dünya üzləşəcək. Qonşu ölkələrin işğal olunması ilə nəticələnə bilər".