Azərbaycanda rabitə sahəsi Heydər Əliyevin hakimiyyəti illərində xüsusilə inkişaf etməyə başlayıb- ÖZƏL
6 Dekabr 2023 10:35 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Azərbaycanda rabitə sahəsi ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində xüsusilə inkişaf etməyə başlayıb". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Tamam Cəfərovanın sözlərinə görə, Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü 70-80-ci illərə təsadüf edir: "Həmin illərdə respublikaya rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyevin bu sahənin inkişaf etdirilməsinə göstərdiyi xüsusi diqqət o dövrün rəsmi sənədlərində geniş şəkildə öz əksini tapır. Həmçinin, 90-cı illərdə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sektoru da inkişaf etməyə başladı, ölkədə bu yeni sektorun inkişafı prosesi sürətləndi və Azərbaycanın internet seqmenti genişləndi".