İlham Əliyevin yürütdüyü xarici siyasət münaqişənin həlli üçün hüquqi zəmin yaratmışdı- ÖZƏL
5 Dekabr 2023 14:32 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Azərbaycan Prezidenti İlham Əliyev uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq istiqamətində böyük işlər aparmışdır". "Olaylar" xəbər verir ki, bunu YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov deyib. Bildirib ki, ölkə başçısının yorulmaz fəaliyyəti öz səmərəsini verdi: "Belə ki, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və dəstəklədi. BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti, eləcə də digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə davamlı olaraq dolğun məlumat çatdırıldı. Bir sözlə, Azərbaycan Prezidentinin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdı".