“Hərbçilərin imkanlarını məhdudlaşdırmağı anlamıram”- Deputatdan etiraz

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Ordumuz bir neçə ay əvvəl müharibədən çıxıb. Bu cür dövrdə hərbçilərin imkanlarını məhdudlaşdırmağı anlamıram". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev bildirib: "Xüsusi təyinatlılarımız Şuşada çiynində yüklə döyüşüb. Onların qəhrəmanlıqlarını unutmaq olmaz. Bildirim ki, insan yaşlandıqca fiziki gücü eyni olmur. 20 il xidmət etmiş zabitlərin pensiya almaq hüququ olmalıdır. Biz bununla onların mənzil alma hüquqlarını da əllərindən alırıq. Orduya xüsusi diqqət, qayğı lazımdır. Müddətin artırılması, təhsil aldıqları ilin staja hesablanmaması onları məhdudlaşdırmaqdır. Düşünürəm, bu düzgün deyil. Onların kollektiv etirazı mümkün deyil, ancaq bizə müraciət edirlər. Bu qanun birmənalı qarşılanmaıb. Hesab edirəm, bu məsələ müzakirədən çıxarılmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31