Dünya müzəffər Azərbaycan Ordusunun gücünü gördü - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Zəfər paradı bütün dünyaya dövlətimizin və ordumuzun gücünü nümayiş etdirdi. Dünya müzəffər Azərbaycan Ordusunun gücünü gördü və ordumuzu dünyanın ən güclü ordularından biri kimi tanıdı və ya bunu etiraf etməyə məcbur oldu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin üzvü Anar Məmmədov deyib: "Zəfər paradında yadda qalanlardan biri də müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistana məxsus hərbi texnikanın bir qisminin nümayiş etdirilməsi  idi.  Qənimət kimi ələ keçirilmiş düşmənin  hərbi texnikasının bir qisminin Zəfər paradında nümayiş olunması, eyni zamanda paytaxtın Xətai rayonunda yaradılan və 5 hektar ərazini əhatə edən Hərbi Qənimətlər Parkı müharibənin miqyasını, Qələbəmizin isə möhtəşəmliyini göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31