Azərbaycanın qazandığı uğurlarda könüllü gənclərin də payı var- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Bu gün, Vətənpərvər, savadlı, cəmiyyətimizin inkişafına töhfə vermək üçün daim çalışan, zəngin mənəviyyata sahib olan könüllü gənclərimizi 5 Dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə səmimi qəlbdən təbrik edir, onlara önəmli, fədakar, xeyirxah və nəcib fəaliyyətlərində davamlı uğurlar arzulayıram". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Hicran Hüseynova deyib: "Sevindirici haldır ki, son illər könüllülüyün sürətlə inkişaf etdiyi Azərbaycan könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Azərbaycanın müstəqilliyin bərpasından sonra qazandığı uğurlarda, şübhəsiz ki, könüllü gənclərin də payı var. Gənclərimiz sosial təcrübənin qazanılmasında könüllü fəaliyyətə xüsusi diqqət yetirsinlər, dövlətə, Vətənə bağlı və ölkənin inkişafına öz töhfəsini verməklə yanaşı istedadlı gənclər kimi formalaşsınlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31