Kreml qərbin Ermənistanda möhkəmlənə bilməyəcəyi düşüncəsindədir- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Rusiya hazırda  Ermənistanla təqribən  qərbdəkilərin Yaxın Şərqdə yaratdıqları terror qruplaşmalarıyla davrandıqları kimi davranır. Yəni bir tərəfdən Ermənistanın  qərblə yaxınlaşmasına şərait yaradır, digər tərəfdən həddini aşmaması üçün arada başından vurur". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, bunun iki səbəbi var: "Birinci səbəb odur ki,  Rusiya hazırda bütün gücünü Ukrayna ilə savaşa yönəltdiyindən Qafqazda yaranmış boşluğu Türkiyənin tam tutmaması üçün Ermənistanın qərbə reveranslarının hələlik kəskin şəkildə qarşısını almır. Çünki Kreml qərbin Ermənistanda arzulandığı qədər möhkəmlənə bilməyəcəyi düşüncəsindədir. Artıq regionda olan Türkiyədən isə bu baxımdan daha çox çəkinir. Digər tərəfdən Ermənistan rəhbərliyinin həmən qərblə "flirt"i Rusiyaya özünə qarşı tətbiq edilən sanksiyanın təsirinin azaldılması baxımından da əl veririr. ABŞ və Avropanın Rusiyaya satışına qadağa qoyduqları malların böyük bir hissəsi axı ora məhz Ermənistan üzərindən daşınır. Bir sözlə, qərbin, ilk növbədə də Fransanın hərəkətləri göstərir ki, əslində onlara da bu regionda Türkiyədənsə  Rusiyanın dominant güç olması əl verir. Yəni Ermənistanın iki stulda oturmaq cəhdi təkcə oturanın istəyindən irəli gəlmir, Türkiyə faktoruna görə "stullar" özləri də buna müəyyən şərait yaradırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31